“Putinin özünə varis seçmək və onu təşviq etmək üçün vaxtı var”

Siyasət

10.02.2021 - 13:19

Kreml rəhbərinin reytinqi düşür, lakin analitiklərin fikrincə, bu amil dövlət başçısı təhlükə siqnalı deyil

 

Rusiya Prezidenti Vladimir Putinin reytinqi yanvarın sonu və fevralın əvvəlində 10-də 29-a düşdü. Bu məlumatı yayan “Exo Moskva”, Levada Mərkəzinin apardığı sorğuya istinad edir.

 

Respondentlərdən cavab variantları təklif etmədən, etibar etdikləri bir neçə siyasətçinin adlarını çəkmələri istənildiyi açıq bir sorğudan danışırıq. Levada Mərkəzinə görə, Putinin etibar reytinqi, iki ildən çoxdur ki, durmadan azalır. Məsələn, 2017-ci ilin noyabrında Putinə olan güvən səviyyəsi 59% idi.

 

Birinci şəxsin populyarlığının belə azalmasına, indi həbs olunan Aleksey Navalnının Rusiya cəmiyyətinə təqdim etdiyi ifşa-açıqlamalarının birbaşa təsir etdiyinə şübhə yoxdur. Yəqin ki, son illərin müxtəlif sosial problemləri buna da təsir göstərib - bir çox ruslar onların yaşadıqları problemlərdə dövlət rəhbərlərini günahkar hesab edirlər.

 

Populyarlığın belə bir rekord azalması Putin üçün necə nəticələnə bilər? Axı, mövcud siyasi rejim, əsasən bu şəxsin şəxsi populyarlığına söykənirdi. Əhval-ruhiyyənin bir növ radikallaşması, kütləvi nümayişlərin sayının artması - gözlənilən perspektivlər hansılardır?

 

Mövzunu AYNA-ya tanınmış rusiyalı ekspertlər şərh ediblər.

 

“North&Eastern Europe Research Political Center”-in (Şimali və Şərqi Avropa Tədqiqat Siyasi Mərkəzi) rəhbəri, politoloq, publisist, tarix elmləri doktoru Aleksandr Sıtin:

Aleksandr Sıtin:

“Düşünürəm ki, kəskin dəyişiklik olmayacaq. Putin 2024-cü ilə qədər Prezidentdir və o vaxta qədər çox sular axacaq. Əslində, onun 78 yaşında prezidentliyə namizədliyini yenidən verəcəyi qəti olaraq fakt deyil. Rejimin əsas vəzifəsi mülkiyyətin toxunulmazlığına və bütövlükdə korrupsiya sisteminə zəmanət olacaq bir varisi seçməkdir və onu “təşviq etmək” üçün vaxtı var. Başqa sözlə, dövlət başçısı yalnız bu cür zəmanət verən və Rusiyada BÜTÜN maliyyə axınlarına və mülkiyyət quruluşuna nəzarət edən xüsusi xidmət orqanlarının etibar etdiyi şəxs ola bilər.

 

Hipsterlər nümayişlərə istədikləri qədər gedə və istədikləri kimi səs verə bilərlər. Hər şey tam olaraq təsvir etdiyim kimi həll ediləcək. Beləliklə, düşünürəm ki, Rusiyanı Liviya ssenarisinə bənzər bir şey gözləmir. Ancaq Rusiya hökuməti o dərəcədə beyinsizlik nümayiş etdirir ki, vəziyyətin müəyyən dərəcədə gərginləşdirəcəyi istisna olunmur. Növbəti “gəzinti” ssenarisi Duma seçkiləri ərəfəsində gözlənilir, amma o zaman da belə “gəzintilər” tamamilə nəticəsiz qalacaq. Həqiqətən də şərti FSB/SVR-nin əlində olan hökumət isə bəzən ciblərini doldurmaq və daşınmaz əmlak əldə etməkdən başqa da nəsə bir şey düşünməlidir”.

 

Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

Oxu.az - Ekspert Mixail Neyjmakov: “Çətin ki, Rusiya Bakının mövqeyini  görməzdən gəlsin”

“Çox güman ki, Aleksey Navalnının komandası tərəfindən hazırlanan filmin Vladimir Putinin reytinqlərinə təsiri olduqca məhdud idi. Məsələn, Levada Mərkəzinin verdiyi məlumata görə, Rusiya Prezidentinin fəaliyyətinin dəstəklənməsi səviyyəsi 2021-ci ilin yanvar-fevral ayının əvvəlində (müvafiq sorğu 29 yanvar-2 fevral 2021-ci ildə aparılıb), 2020-ci ilin noyabr ayının göstəricilərindən az fərqlənirdi (sırasıyla 64%-ə qarşı 65%). Çox güman ki, Navalnının filminin yayılması, onsuz da Prezidentin tərəfdarı olmayan bir tamaşaçını hərəkətə gətirdi (eyni zamanda, etiraz kampaniyasına əvvəllər Prezidentin kadrlarına inanmasalar da, susan çoxluğa daxil olan siyasi aktiv olmayanların nümayəndələrini də daxil etdi).

 

Əlavə olaraq, bu film (ən azından ən çox müzakirə olunan tərəfləri), Vladimir Putinin əsas seçiciləri üçün əlamətdar olan imicinin “daşıyıcı konstruskiyasına” praktik olaraq təsir etmir. Prezidentin daimi tərəfdarları üçün həmişə ilk növbədə onun imicinin “güc” komponentləri (ölkənin xarici siyasət maraqlarının ardıcıl müdafiəçisi, təhlükəsizlik və sabitliyin qarantı kimi mövqeyi) vacib idi.

 

Levada Mərkəzi sorğuları, 2021-ci ilin yanvarında, Prezidentin etibar reytinqində oktyabr 2020 ilə müqayisədə azalma qeydə aldı (29%-a qarşı 34%). Ancaq bu azalmanın əsas hissəsinin yanvar ayında baş verməsi ehtimalı azdır (məsələn, eyni Levada Mərkəzi, bu rəqəmin 2020-ci ilin noyabrında oktyabr ayına nisbətən cəmi 2% azaldığını göstərmişdi). Dəstək və etibar fərqli göstəricilərdir, lakin dinamikaları, ümumiyyətlə oxşardır. Və eyni sosioloji mərkəzə görə, Prezidentin son aylardakı fəaliyyətinin dəstəklənmə səviyyəsindəki əsas azalma sentyabr-noyabr aylarında (69-65% arasında) baş verdi.

 

Çox güman ki, mövsümi dalğalanmalara əlavə olaraq, burada iqtisadi böhranın nəticələri və payızda koronavirus infeksiyasının yayılması ilə əlaqədar görülən əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi rol oynadı. Bu tədbirlər bir çox postsovet dövlətlərindən və Avropa İttifaqı ölkələrindən daha yumşaq idi, lakin bu, narazılığa səbəb olmadığı anlamına gəlmir (məsələn, valideyn təşəbbüs qruplarının məktəblərdə məsafədən təhsilə qarşı fəaliyyətlərini xatırlamaq olar).

 

Bundan əlavə, 2020-ci ilin payızında bir çox Rusiya vətəndaşı yeni bir qapanma tətbiq olunmasından qorxdu (Avropa ölkələrindən gələn xəbərlər fonunda). Buna baxmayaraq, Levada Mərkəzinin məlumatlarına güvəniriksə, 2021-ci il yanvarın sonu-fevralın əvvəlində Vladimir Putinə olan inam səviyyəsi, məsələn, 2020-ci ilin may və ya iyul aylarındakı göstəricilərdən daha yüksək idi (müvafiq olaraq, 29%, 25% və 23%). Prinsipcə, bunlar reytinqlərin oynamasıdır, amma bu reytinqlə səlahiyyətlilər yaxşı işləməklə, müvafiq göstəriciləri lehinə dəyişərək, artım əldə edə bilərlər”.

Müəllif: Rauf Orucov