Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfəri edib.