Prezident yol tikintisinə pul ayırıb

Xəbərlər

31.03.2023 - 14:52

İlham Əliyev dövlət agentliyinə 6,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.

 

Müəllif: Ayna.az