İlham Əliyev Fransanın, Yunanıstanın və Meksikanın yeni səfirlərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Prezident həmçinin Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın və Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.


