Prezident Xuraman Qasımovanı təltif edib

Mədəniyyət

05.06.2021 - 15:58

Dövlət başçısı sərəncam imzalayıb 

 

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilib.

 

AYNA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Xalq artisti Xuraman Qasımova 6 iyun 1951-ci ildə Bakıda doğulub. Sabah onun 70 yaşı tamam olur.

Müəllif: Ayna.az