Dövlət başçısı Hacıqabula yeni icra başçısı təyin edib
Prezident İlham Əliyev Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısını dəyişib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, birinci sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
İkinci sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.