Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Siyasət

04.04.2023 - 19:15

Azərbaycan Prezidenti: "Təşəkkür edirəm, Əziz Qardaşım"

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

AYNA xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.

"Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir", - paylaşımda deyilir.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş