Prezident icra başçısını vəzifəsindən azad etdi - <font color=red> SƏRƏNCAM</font>

Siyasət

30.04.2020 - 11:42

İlham Əliyev sərəncam imzalayıb 

 

Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, 1958-ci il təvəllüdlü M.Quliyev "Naxçıvan" universitetini bitirib. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində işləyib. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 2006-cı ilədək bələdiyyə sədrinin müavini postunu tutub. O, 2006-2011-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 26 aprel 2011-ci ildən iniyədək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.

Müəllif: Ayna.az