Prezident: "Biz uzunmüddətli sülhə hədəflənmişik"

Siyasət

13.10.2022 - 21:16

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Vladimir Putinlə görüşüb

"Biz uzunmüddətli sülhə hədəflənmişik".

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik", - dövlət başçısı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş