“Plastik butulkanı ekoçantaya dəyiş”

Xəbərlər

22.06.2022 - 21:18

Nazirliklə "Bravo"nun birgə aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, növbəti aksiya qurumun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə iyunun 25-də keçiriləcək.

Aksiya saat 12:00-dan 14:00-dək Üzeyir Hacıbəyli küçəsi, 2 ünvanında yerləşən “Bravo Sumqayıt”da təşkil ediləcək.

 

Müəllif: Ayna.az