ANI: Pakistan Silahlı Qüvvələri Hindistanla mümkün müharibəyə hazırlaşır
Pakistan Silahlı Qüvvələri Hindistanla mümkün hərbi münaqişəyə hazırlaşmağa başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
“Ölkədəki hərbi mənbələr çərşənbə günü bildiriblər ki, Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər, o cümlədən freqatlar və sualtı qayıqlar Hindistanın hər hansı mümkün müdaxiləsinə qarşı dura bilmək üçün artıq öz dəniz limanlarında mövqe tutublar”, - deyə qeyd olunub.
Bundan əvvəl Pakistan kəşfiyyatı Hindistanın yaxın 24-36 saat ərzində Pakistana hərbi zərbə endirməyə hazırlaşdığını bildirib. İslamabad belə bir zərbənin baş verəcəyi təqdirdə ölkənin silahlı qüvvələrinin qətiyyətli cavab verəcəyini vurğulayıb.
Aprelin 29-da Hindistan və Pakistan sərhəddində döyüşlərin başlanması barədə məlumat verilib. Həmin ərəfədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, İslamabad və Yeni Dehli yaxın iki-dörd gün ərzində müharibəyə başlaya bilər.