İclasın tarixi hələ müəyyənləşməyib
Pakistan Hindistanla artan gərginliyə görə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasındakı diplomatik mənbə bildirib.
"Pakistan Təhlükəsizlik Şurasının iclasını tələb edir. Tarix hələ müəyyən edilməyib", - mənbə İslamabadın gərginləşən münaqişə fonunda gələcək hərəkətləri ilə bağlı sualı cavablandırarkən deyib.
Aprelin 22-də Pahalqamda terror aktı baş verib, nəticədə 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub. Hindistanın Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) “Laşkar-e-Taiba” tərəfindən həyata keçirilən hücumla əlaqəsi haqqında sübutlar tapdığı iddia edilir. Bunun ardınca Hindistan hakimiyyəti İslamabaddakı səfirlik işçilərinin sayının yarıya endirilməsi, suyun bölüşdürülməsi və Pakistan vətəndaşlarına vizaların verilməsinə dair ikitərəfli razılaşmanın dayandırılması barədə qərar qəbul edib. Yeni Dehli həmçinin İslam Respublikasının diplomatik missiyasının hərbi müşavirlərini “arzuolunmaz şəxs” elan edib.