Ötən il 516 nəfərə elmi dərəcə verilib

Xəbərlər

17.01.2023 - 15:39

cedabet dərman SEO Xidməti

432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib

Ötən il ölkəmizdə 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. AYNA xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Qeyd olunub ki, 2022-ci il ərzində 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.

Həmçinin ötən il 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə isə imtina verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş