“Oskar”ın qalibləri məlum olub

Mədəniyyət

11.03.2024 - 09:30

96-cı “Oskar” mükafatlandırma mərasimi keçirilib

ABŞ-nin Los-Anceles şəhərində 96-cı “Oskar” mükafatlandırma mərasimi keçirilib. AYNA xəbər verir ki, “Oppenhaymer” yeddi kateqoriya üzrə mükafat alıb.

Əsas kateqoriyalar üzrə qaliblərin siyahısı belədir:

“Ən yaxşı film” - “Oppenhaymer”;

“Ən yaxşı rejissor” - Kristofer Nolan (“Oppenhaymer”);

“Ən yaxşı aktrisa” - Emma Stoun (“Bəxtsiz”);

“Ən yaxşı aktyor” - Killian Merfi (“Oppenhaymer”);

“Ən yaxşı mahnı”  -“Mən nə üçün yaradılmışam?” (“Barbi”);

“Ən yaxşı musiqi” - “Oppenhaymer”;

“Ən yaxşı ikinci plan aktyoru” - Robert Dauni kiçik (“Oppenhaymer”);

“Ən yaxşı xarici film” – “Maraq zonası”;

“Ən yaxşı uyğunlaşdırılmış ssenari”  - “Amerika fantastikası”;

“Ən yaxşı orijinal ssenari” - “Düşmə anatomiyası” (“Anatomie d'une chute”);

“Ən yaxşı ikinci plan qadın rolu” - Davayn Coy Randolf  (“The Leftovers”);

“Ən yaxşı animasiya filmi” - “Oğlan və quş” (“Kimitachi wa Dou Ikiru ka”).

“Ən yaxşı sənədli film” – “Mariupolda 20 gün”;

“Ən yaxşı orijinal sauntrek” - Lüdviq Qoransson (“Oppenhaymer”);

“Ən yaxşı vizual effektlər”  - “Godzilla: Mənfi Bir”;

“Ən yaxşı montaj” - Cennifer Leym (“Oppenhaymer”);

“Ən yaxşı səs” – “Maraq zonası”;

“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;

“Ən yaxşı kostyumlar” - Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”);

“Ən yaxşı istehsal dizaynı” - Şauna Hit, Ceyms Prays (“Kasıblar və bədbəxtlər”);

“Ən yaxşı qısametrajlı bədii film” – “Henri Şuqarın ecazkar hekayəsi”;

“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb”;

“Ən yaxşı qısametrajlı sənədli film” - “Son təmir sexi”.

Müəllif: Ayna.az