“Qəribə adam” əsərinin premyerası olub
137-ci Teatr mövsmünü İftixar Piriyevin “Soyqrım tarixinin dastanı” tamaşası ilə açan İrəvan Dövlət Azərbaycan Dram Teatrı, eyni adlı tamaşa ilə, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində mövsümə yekun vurub. AYNA xəbər verir ki, Teatr mövsüm ərzində bir sıra müəlliflərin əsərlərini səhnələşdirib və qastrol səfərlərində iştirak edib.
Dekabr ayında Quba, Sabirabad, Laçın, İmişli və Samuxda qastrol səfərlərində olan Teatr, İftixar Piriyevin eyni adlı əsəri ilə tamaşaçılar qarşısında çıxış edib.
Dekabrın 24-də isə Teatrda Nazim Hikmətin “Qəribə adam” əsərinin premyerası olub.
Növbəti tamaşaya hazırlıq görən Teatr, Fevral ayında Sabir Şahtaxtının “Ölüm həsrəti” əsərinin premyerasına qucaq açıb.
Elə həmin ayda gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” əsəri ilə Gəncə, .Şəki və Sabirabadda qastrol səfərinə yola düşən Teatr, Gəncədə tamaşanın premyerasını həyata keçirib.
Qeyd edək ki, mövsümün açılış və bağlanışında səhnələşdirilən “Soyqrım tarixinin dastanı” tamaşasının müəllifi İftixar Piriyev, həm də Teatrın direktorudur.