Neftimizin qiyməti 57 dollara yaxınlaşır

İqtisadiyyat

02.02.2021 - 11:32

Dünya birjalarında neftin qiyməti bahalaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar artaraq 57,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar bahalaşaraq 54,29 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 56,68 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

Müəllif: Ayna.az