Ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub

Xəbərlər

08.08.2022 - 11:44

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Avqustun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Müəllif: Ayna.az