Norveçdə üç Almaniya vətəndaşı saxlanılıb

Dünya

03.10.2025 - 15:17

Onlar havaya dron buraxmaqda şübhəli bilinirlər

Norveç hakimiyyət orqanları dronları havaya buraxmaqda şübhəli bilinən üç Almaniya vətəndaşını saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə oktyabrın 3-də Norveçin “Nettavisen” xəbər agentliyi məlumat yayıb.

"Polis üç Almaniya vətəndaşını Mo i Rana hava limanında dronlardan qeyri-qanuni istifadə etdiklərinə görə saxlayıb", - məlumatda deyilir.

Saxlanılan şəxslər daha sonra sərbəst buraxılıb.

Xəbər agentliyinin məlumatına görə, saxlanılanların təxminən 20 yaşı var. Onlar hava limanının ətrafındakı beş kilometrlik zonaya dron buraxmaqda şübhəli bilinirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş