“Girovların azad edilməsi ya ABŞ Prezidentinin planına uyğun olaraq, ya da İsrail ordusu tərəfindən hərbi yolla həyata keçiriləcək”
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın əlində olan bütün girovların yaxın bir neçə gün ərzində azad ediləcəyinə ümid edir. Bu barədə AYNA.AZ “İnterfaks”a istinadən xəbər verir.
“Ümid edirəm ki, yaxın bir neçə gün ərzində, hətta Sukkot (2025-ci il oktyabrın 6-dan 13-dək qeyd olunan yəhudi bayramı – Red.) zamanı bütün girovların qaytarılacağını görəcəyik”, Baş nazir videomüraciətində bildirib.
Netanyahu qeyd edib ki, girovların azad edilməsi ya ABŞ Prezidentinin planına uyğun olaraq, ya da İsrail ordusu tərəfindən hərbi yolla həyata keçiriləcək.