“Zamir bu qərarın İDF üçün “tələ” olduğunu iddia edir”
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (İDF) Qəzza zolağının işğalı planları ilə bağlı görüşdə Baş Qərargah rəisi Eyal Zamirlə mübahisə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Zamir bu qərarın İDF üçün “tələ” olduğunu iddia edir”, – qəzet yazıb.
Zamirin sözlərinə görə, Qəzzanı işğal etmək cəhdi İDF əsgərləri arasında böyük itkilərə səbəb olacaq və eyni zamanda, israilli girovların həyatını təhlükə altına qoyur.
Bundan başqa, hökumət başçısı ilə Baş Qərargah rəisi arasında fikir ayrılığına səbəb sosial şəbəkələrdə Baş nazirin oğlu Yair Netanyahunun Eyal Zamiri “70-ci illərdə Mərkəzi Amerikada banan respublikasına layiq hərbi çevrilişə cəhddə” ittiham etdiyi yazılar olub.