Neftin qiymətində ucuzlaşma

İqtisadiyyat

15.01.2021 - 11:06

“Azeri Light”ın bir barrelinin qiyməti 55,96 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar ucuzlaşaraq 55,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,59 dollar geriləyərək 52,98 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar ucuzlaşaraq 55,96 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az