OPEC yeni razılaşma əldə edib
OPEC və təşkilata üzv olmayan bəzi neft istehsal edən ölkələr may ayından etibarən gündəlik hasilatı azaltmaq qərarına gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, OPEC-ə üzv olan 23 ölkə ümumi xam neft istehsalını mayın 1-dən iyunun 30-dək gündəlik 9,7 milyon barel azaldacaq.
Belə ki, gündəlik xam neft hasilatı 1 iyul-31 dekabr tarixləri arasında 7,7 milyon barel, 2021-ci il 16 yanvardan 5,8 milyon barel, 30 aprel 2022-i ilə qədər isə 5,8 milyon barel azaldılacaq.
Bundan əlavə, hasilatın azaldılması haqqında sazişin 2022-ci il aprelin 30-dək qüvvədə olacağı, OPEC ölkələrinin isə 2021-ci ilin dekabrında razılaşmanı yenidən qiymətləndirəcəyi vurğulanıb.