Nazirliyin “arı ordusu” sahibkarları “sancacaq”

İqtisadiyyat

21.02.2020 - 13:31

Lahıcda yaradılacaq arıçılıq kompleksi dövlətin bu sahədəki siyasətinə zidd addım kimi ortaya çıxır, çünki dövlət qurumu özü biznesdən kənarda olmalıdır

 

Kənd Təsərrüfatı Nazirliyi (KTN) İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min arı ailəsindən ibarət arıçılıq kompleksi təşkil edəcək. Bu layihə bir çox iqtisadçı və arıçı üçün ağlabatan gəlmir. Onların fikrincə, yeni arıçılıq kompleksi bu sahə üzrə özəl sektorun inkişafı üçün imkanlardan çox maneələr yaradacaq. Başqa sözlə, dövlət qurumunun bizneslə məşğul olması nə qədər doğru olacaq?

 

AYNA-nın mövzu üzrə suallarını cavablandıran Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Bayramovun sözlərinə görə, söhbət 10 min arı ailəsindən gedirsə, həmin ərazidə o qədər arı təsərrüfatını idarə etmək üçün onlarla işçi qüvvəsi, mütəxəssis arıçı lazımdır: “Burada əsasə məsələ seçilən ərazinin arıçılıq üçün müvafiq çoğrafi mövqeyə malik olub-olmamasıdır. Arıçılığın ən böyük problemi də, məhz bal verən ərazilərin azlığıdır. Azərbaycanın tarixən arıçılıqla bağlı məskənləri olub. Birinci yerdə işğal olunmuş torpaqlarımız gəlir. Xüsusən, Kəlbəcər, Laçın arıçılığın inkişafı üçün münbit ərazilərdir. Həmin torpaqlar indi işğal altında olduğundan, bir vaxtlar orada arıçılıqla məşğul olanlar ölkənin başqa yerlərində məşkunlaşıblar və arıçılıq fəaliyyətini davam etdirirlər. Başqa sözlə, hazırda arıçılıq təsərrüfatı, əsasən Qax-Zaqatala bölgəsi üçün xarakterikdir, məhsuldar bal da bu əraziyə məxsusdur. Bu, keyfiyyətli bal demək deyil, daha çox arıçılıq inkişaf edən regiondur”.

Raminə Eyvazqızı