Nazir Əlibaba Məmmədovun evinə getdi

Mədəniyyət

08.02.2022 - 17:58

Anar Kərimov Xalq artistini ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının yaradıcılığının Azərbaycan incəsənətində xüsusi rolundan söhbət açıb. Sənətkarın mahnılarının dillər əzbəri olduğunu qeyd edib.

Nazir, həmçinin onu da qeyd edib ki, Əlibaba Məmmədovun yetişdirdiyi tələbələr bu gün Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak edir.

Sonda isə Anar Kərimov ifaçıya möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyib.

Müəllif: Ayna.az