Nazir: "Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək"

Siyasət

21.06.2023 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: "Azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır"

Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışında deyib.

Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.

Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.

Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş