Naxçıvanda mina partlayıb

Hadisə

12.08.2024 - 09:42

cedabet dərman SEO Xidməti

"Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Baş Prokurorluqdan AYNA-ya bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş