Nabranda açıq-aşkar təhlükə: icra hakimiyyəti çiynini çəkir, polis “görmür” – <font color=red> VİDEO</font>

Cəmiyyət

24.08.2021 - 14:10

Buyurun, bu görüntünü izləyin, bəlkdə gözünüz açıla...

 

“Hər dəfə sudan çıxanda maşın altına düşməmək üçün ətrafa baxırıq. Bu, bir növ kabusdur. Yəni heç kim bu xaosu dayandıra bilməz?”.

 

Bunu AYNA-ya, uşaqları ilə bu yay Nabranda istirahət etmək qərarına gələn bir Bakı sakini deyib. Haqqında danışılan situasiya, həmsöhbətimizin əmin olduğu kimi, indi Nabranda, Batabat istirahət mərkəzinin qarşısındakı sahildə baş verir.

 

Vətəndaş avtomobil sahiblərinin dənizin düz kənarında yerləşən ərazini avtomobil yoluna çevirməsindən qəzəblidir: “Bu çimərlikdəki insanlar ətrafa baxmadan sakitcə sudan çıxa bilməzlər və belə təhlükəli ərazidəki uşaqlar nəzarətsiz qala bilməzlər. Sürücülərin maşınla birbaşa suyun qırağına gəlmək istəmələri mənim üçün sirr olaraq qalır. Bəs kimsə qumun üstündə uzanıb günəş vannası qəbul edirsə və ya uşaqlar topla oynayırsa? Bir sözlə, kimsə bu yay kabusunu aradan qaldırmaqla məşğul olmalıdır!”.

 

Prinsipcə, haqlıdır, çünki bələdiyyə və yol polisi hər zaman, xüsusən də yayda hər hansı bir qanun pozuntusu üçün gözdə-qulaqdadır. İstirahət yerlərindən çıxışda gündəlik reydlər təşkil edən yol polisi bu problemin öhdəsindən gəlmək üçün niyə bir neçə sürücünü cərimə edə bilmir ki, qalanlarına da dərs olsun?!

 

AYNA istirahət edənlərin bəziləri üçün, ən yaxşı halda, xəstəxana yatağında bitə biləcək bu açıq fakt haqqında yerli icra hakimiyyəti orqanlarının nə bildiyini öyrənməyə çalışıb. Axı çimərliklər icra hakimiyyətlərinin nəzarətindədir.

 

Xaçmaz Rayon İcra Hakimiyyəti (XRİH) başçısının Nabran qəsəbəsi üzrə nümayəndəsi Nəzakət İsgəndərovanın dediyinə görə, onlar kiminsə sahildə icazəsiz saldığı yola görə məsuliyyət daşımırlar.

 

Bəs yol polisi? Axı tətil edənlər və uşaqlar hər an bir avtomobillərin təkərləri altında qala bilərlər.

 

Sözügedən çimərliyin yerləşdiyi Xudat Polis Şöbəsinin Abuzərov soydalı növbətçisi bu məlumatı yoxlayacağına söz verdi. 20 dəqiqə sonra yenidən əlaqə saxladıq. “İşçilərimiz bu çimərliyi ziyarət etdilər. Avtomobillərin sahildən sürülməsi barədə məlumat təsdiqini tapmadı”, - deyə növbətçi bizə bildirdi.

 

Bütün bunlar bu qədər kədərli olmasaydı, çox gülməli olardı. İcra hakimiyyəti icazəsiz yola görə məsuliyyət daşımır və iti gözlü yol polisi də bu faktı görmür...

 

Görəsən, kimsə qarğıdalı satmaq üçün sahilə kiçik bir köşk qoysa, rəsmi qurumlar buna da beləcə cavabdeh olmayacaq? Və ya "yol polisi" üçün oxucumuz tərəfindən çəkilmiş bir neçə video təqdim edirik, bəlkə də bundan sonra “gözləri açılacaq”?

 

İnşallah, onların gözləri kimin üçünsə Nabrandakı isitrahətin son tətili olmazdan əvvəl açılar. Müvafiq strukturlar bu problemi düşünməli və avtomobillərin dəniz sahilinə keçməsini qadağan edən nişanlar qoymalıdır. Bu halda pulla cəzalandırma təsirli bir tədbir olacaq. Axı Nabran turistlər arasında populyar bir istirahət yeridir. O turusitlər ki, xərclədikləri puldan bütün bölgənin inkişafı asılıdır...

Müəllif: Rəşad Rüstəmov