Müştəriləri cansız manekenlər qarşılayacaq

Maraqlı

15.05.2020 - 19:54

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqtonda restoran sahibi maraqlı üsula əl atıb

 

ABŞ-ın paytaxtı Vaşinqtondakı "Inn at Little Washington" adlı  3 ulduzlu restoran, restoranların açılmasına icazə verildikdən sonra müştəriləri boş masalara yerləşdirilmiş cansız manekenlərlə qəbul edəcəklərini açıqlayıb. AYNA xəbər verir ki, səbəb olaraq müştərilərin restorana daha asan uyğunlaşmasını təmin etmək göstərilib.

 

Restoran sahibi Patrik Konnel məsələ ilə bağlı fikirlərini bölüşüb: “Sosial məsafə problemini həll etmək və restoranda yerləşmə nisbətini iki dəfə azaltmaq lazım olduğu üçün bu həll yolunu münasib gördük. Restoran maraqlı geyimli modellərlə doludur. Bu, qonaqları arasında məsafənin təmin olunmasını həll edəcək və əyləncəyə səbəb olacaq. Həm də əyləncəli şəkil çəkdirmək seçimini təmin edəcək”.

 

"İndi hamımız insan görmək üçün can atırıq. Onların da hamısının canlı insan olmalarına ehtiyac yoxdur”, - deyə Konnel əlavə edib.

Müəllif: Ayna.az