Tamara Sinyavskaya özəl klinikalardan birinin ürək-damar cərrahiyəsi şöbəsində müayinə olunur
SSRİ-nin və Azərbaycanın Xalq artisti, mərhum opera müğənnisi Müslüm Maqomayevin həyat yoldaşı, müğənni Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.
AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, özəl klinikalardan birinin ürək-damar cərrahiyəsi şöbəsinə yerləşdirilən, 76 yaşlı müğənnini müayinəyə alınıb.
Hazırda Sinyavskayanın cərrahi müdaxiləyə ehtiyacının olub-olmadığı dəqiqləşdirilir.