Müdafiə Nazirliyi məlumat yayıb

Xəbərlər

11.05.2023 - 11:55

“Ermənistan tərəfi növbəti təxribata zəmin yaradır”

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

“Bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş