Vatikan arxivinin bir qismi ictimailəşdirilib

Mədəniyyət

24.06.2022 - 08:51

Ümumilikdə Müqəddəs Taxt-Tacın rəsmi saytına ötən gün 170 fonddan götürülmüş 40 000 sənəd yüklənib

Vatikan rəhbərliyinin qərarı ilə Papa XII Piy (1939-1958) dövrünə aid minlərlə sənəd elektron formatda yayılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, ictimaiyyətə açıqlanan sənədlərin əksər hissəsini yəhudilərin Papaya İkinci Dünya müharibəsi yazdığı məktublar təşkil edir.

Ümumilikdə Müqəddəs Taxt-Tacın rəsmi saytına ötən gün 170 fonddan götürülmüş 40 000 sənəd yüklənib. Vatikan sözügedən fondları hələ mart ayında tarixçilər üçün açmışdı.

Avropanın müxtəlif ölkələrindən yazılan məktubların mövzusu müxtəlifdir: insanlar Papadan əsasən sığınacaq, viza və ya pasport üçün kömək istəyiblər.

Müəllif: Ayna.az