Moskvada “ədalət marşı”nın təkrarı olacaq – Putinlə Priqojin döyüşməyə hazırlaşırlar

Dünya

21.07.2023 - 13:13

Yakovenko: "Düşünürəm ki, Priqojin Putin rejiminin zəiflədiyi anı gözləmək niyyətindədir”

“Rusiya faktiki olaraq mafioz klanların nəzarətindədir. Xüsusilə, "Vaqner" və mafiya klanı olan Rusiya Federasiyası". AYNA xəbər verir ki, bu sözləri “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenko deyib.

Yakovenko xatırladıb ki, bu yaxınlarda bu mafioz klanların toqquşması baş verdi: “Toqquşma bu dəfə bərabərliklə nəticələndi. Priqojin aktivlərinin və zirehli texnikasının əhəmiyyətli bir hissəsini itirsə də, əsas hissəsini özündə saxladı. İndi yenidən bir-biri ilə döyüşməyə hazırlaşırlar”.

"Düşünürəm ki, Priqojin Putin rejiminin zəiflədiyi anı gözləmək niyyətindədir. Moskvada “ədalət marşı”nın təkrarı olacaq", - Yakovenko əlavə edib.

Onun fikrincə, Rusiyanın əsas mafiya klanı olan Putin klanı da döyüşə ciddi hazırlaşır: "Milli Qvardiyanın kəskin gücləndirilməsini müşahidə edirik. Zirehli texnikalar ora axır. Putin dikrini sayca və silahlanma baxımından Ukraynada vuruşan işğalçı ordudan qat-qat böyük olan daxili ordu yaratmağa yönəldib".

“Hazırda Daxili İşlər Nazirliyindən Milli Qvardiyaya ayrı-ayrı bölmələr, xüsusi təyinatlılar axır. Əslində bu iki mafioz - Putin və Priqojin bir-biri ilə müharibəyə hazırlaşır. Rusiya imperiyasının növbəti parçalanması prosesi gedir. İndi o, gözümüzün qarşısında mafioz klanlara parçalanmağa başlayır", - Yakovenko fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla