Moldovada parlament seçkiləri keçirilir

Dünya

28.09.2025 - 08:42

Seçkilərdə 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir

Bu gün Moldovada parlament seçkiləri keçirilir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, vətəndaşlar növbəti 4 il ərzində ölkəni idarə edəcək 101 parlament üzvünü seçirlər.

Parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir.

Parlament seçkilərini 3423 yerli və xarici müşahidəçi izləyir.

Onlardan 2496 nəfəri yerli, 912-si isə xarici müşahidəçidir. Xarici müşahidəçilərdən 296-sı beynəlxalq təşkilatların nümayəndələridir.

Seçicilərin azı 30 faizi iştirak etdikdə seçki baştutmuş hesab ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş