Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam edir
Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd “OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, cəbhədə dördüncü gündür ki, şiddətli döyüşlər gedir. Azərbaycan Ordusu uğurlu əməliyyatlar apararaq, düşmənin mövqelərini, canlı qüvvəsini və texnikasını məhv edir.