Mingəçevirdə tikintinin qarşısı alınıb

Xəbərlər

12.01.2023 - 12:41

Obyekt nəzarətə götürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş