Azərbaycanda ÜDM-in həcmi 2,4 faiz artıb

İqtisadiyyat

18.02.2020 - 14:38

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub

 

2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6520,2 milyon manat təşkil edib.

 

Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artmış, neft-qaz sektorunda isə 0,7 faiz azalıb.

 

“ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az