Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İqtisadiyyat

19.09.2020 - 12:37

Azərbaycan neftinin qiyməti 0,27 dollar ucuzlaşıb

 

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 43,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 41,11 dollar olub.

 

Azərbaycan nefti olan “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar ucuzlaşaraq 43,64 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az