Merz: “İsrailin “Eurovision”dan kənarda qalması qalmaqaldır”

Dünya

06.10.2025 - 11:45

"Mən hətta bu məsələnin müzakirəsini də qalmaqal hesab edirəm”

“İsrailin “Eurovision” mahnı müsabiqəsində iştirakdan kənarlaşdırılması qalmaqaldır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz ARD telekanalına müsahibəsində deyib.

"Mən hətta bu məsələnin müzakirəsini də qalmaqal hesab edirəm. İsrail “Eurovision”un bir hissəsidir", - o deyib.

Siyasətçi vurğulayıb ki, əgər nəticədə İsrail müsabiqədən kənarlaşdırılarsa, Almaniya hərəkətə keçməli olacaq.

O əlavə edib ki, əgər belə olsaydı, Almaniyanın “Eurovision”dan könüllü çıxmasını “dəstəkləyər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş