Merz Almaniyanın ABŞ-ın tariflərinə tab gətirə bilməyəcəyindən qorxur

Dünya

14.07.2025 - 11:12

"Bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac sənayesinə böyük təzyiq göstərəcək"

“ABŞ Prezidenti Donald Trampın 30%-lik rüsum tətbiq etməsi, ticarət münaqişəsi yaxın həftələrdə sülh yolu ilə həll olunmazsa, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ixracına ciddi zərbə dəyəcək”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.

Onun fikrincə, belə bir vəziyyətdə hökumət mövcud iqtisadi tədbirlərin bəzilərini yenidən nəzərdən keçirməli və təxirə salmalı olacaq.

"Bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac sənayesinə böyük təzyiq göstərəcək", - kansler vurğulayıb.

Merz qeyd edib ki, hazırda digər Avropa İttifaqı liderləri ilə məsləhətləşmələr aparılır. Almaniya hökumətinin başçısı əmin olduğunu bildirib ki, Avropa İttifaqının birliyi və Amerika Prezidenti ilə mövcud yaxşı münasibətlər sayəsində belə böyük tariflərin tətbiqindən yayınmaq mümkün olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş