Proses elektron sistemi üzərindən həyata keçirilir
Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.