Masallıda zəlzələ olub

Xəbərlər

25.05.2023 - 07:27

Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib

Masallıda zəlzələ olub. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:36-da Lənkəran stansiyasından 26 km şimal-qərbdə, Masallı rayonunda 3.1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, mayın 19-da Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.

 

 

Müəllif: Ayna.az