Səfərin məqsədi Tehranla MAQATE arasında nüvə enerjisi sahəsində əməkdaşlığın texniki aspektlərini müzakirə etməkdir
“Yaxın iki həftə ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmi nümayəndələri ölkəmizə səfər edəcəklər”.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Beqai deyib.
XİN rəsmisi vurğulayıb ki, səfərin məqsədi ölkə ilə MAQATE arasında nüvə enerjisi sahəsində əməkdaşlığın texniki aspektlərini müzakirə etməkdir.