Lavrov Bakıya gəlib

Xəbərlər

23.06.2022 - 19:07

İşgüzar səfər çərçivəsində Lavrovun Azərbaycan Prezidenti ilə görüşü gözlənilir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfərə gəlib. AYNA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Lavrovun işgüzar səfəri iki gün davam edəcək. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Bakıya işgüzar səfəri zamanı azərbaycanlı həmkarı ilə danışıqlar aparacağını, Azərbaycan Prezidenti ilə görüşünün gözlənildiyini bildirib.

Müəllif: Ayna.az