Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

Xəbərlər

31.05.2023 - 23:49

Rayonun elektrik və qaz təchizatına ziyan dəyib

Sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.

AYNA APA-ya istinadən xəbər verir ki, axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da bəzi fəsadlar törədib.

Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb.

Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib.

Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.

Müəllif: Ayna.az