Xankəndidən Laçına 4, Laçından Xankəndiyə isə 1 təminat avtomobili keçid edib
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
AYNA APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına 4, Laçından Xankəndiyə isə 1 təminat avtomobili keçid edib.
Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək RSK-nə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.