Küçələrdə “kəfənli ruhlar” dolaşır

Maraqlı

14.04.2020 - 18:29

İndoneziyada küçəyə çıxanları belə qorxudurlar

 

İndoneziyanın Cava adasında koronavirusla bağlı insanların küçəyə çıxmasının qarşısını almaq üçün yeni üsul tətbil olunur. AYNA xarici mediaya istinadən xəbər verir ki, küçəyə çıxan “kəfənli ruhlar” adlı insanlar polislə əlbir işləyirlər və görünüşləri ilə insanları qorxudurlar. Bu səbəbdən insanlar və uşaqlar qorxduğundan artıq meydanlara toplaşmırlar.

 

Lakin bəzi yerlərdə bu üsul bir işə yaramayıb. İnsanlar “kəfənli ruhlar”ı  İndoneziya folklorundakı “pokong” (kəfənə sarılmış ruh) obrazına bənzədiblər və maraq üzündən daha çox küçəyə çıxmağa başlayıblar. İndi İndoneziya hökuməti insanların küçəyə axışmasınn qarşısını almaq üçün yeni üsullar axtarır.

Müəllif: Ayna.az