Zeynəb Xanlarova illər sonra oxudu – AzTV-nin konsert çəkilişindən kadrarxası görüntülər - VİDEO

Maraqlı

20.12.2022 - 22:10

Azərbaycan Televiziyası bayram konserti çəkilişlərinə başlayıb

Azərbaycan Televiziyası (AzTV) hər il olduğu kimi, bu il də tamaşaçılarının qarşısına maraqlı bayram konserti ilə çıxacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.

Bu ilki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər.

Korifey sənətkarımızın bayram çəkilişindən kadrarxası görüntülərini təqdim edirik:

 

Müəllif: Ayna.az