Koronavirusun dərmanı tapıldı? - <font color=red> VİDEO</font>

Xəbərlər

24.03.2020 - 21:55

"İndi iki dərman haqqında klinikalardan daha çox məlumat paylaşılır - Xloroxin+ Azitromisin kombinasiyası"

 

Bu gündən etibarən “WhatsApp” qruplarında koronavirusun dərmanının tapılması barədə videolar paylaşılır. Krımda çəkildiyi iddia olunan videolarda qeyd olunur ki, koronavirusun dərmanı “Arbidol” adlanan həbbdir. Qiyməti isə 600 Rusiya rubludur (təxminən, 12.66 AZN).

 

Yayılmış məlumatın həqiqətə uyğun olub-olmadığına aydınlıq gətirməyə çalışdıq.

 

Tanınmış pediatr Vaqif  Qarayev AYNA-ya açıqlamasında bu videoların sadəcə reklamdan ibarət olduğunu bildirdi: ““Arbidol” bir vaxtlar qripdə işlədilirdi. Son günlər koronavirusun o qədər “dərmanı” tapıldı ki. FDA adlı qurum var, həkimlər bu quruma istinadla işləyirlər. Açığı, indi deyilənlərə çox da inanmıram, çünki hər şey sınaq mərhələsindədir”.

 

Pediatr “Arbidol”un istifadəsinə göstəriş vərəqəsində yazılmış “koronavirusda istifadə olunur” yazısına da münasibət bildirib: “Koronavirus böyük virus ailəsinin adıdır. İndi yayılan növü - COVİD-19 elmə bəlli olmayan mutasiya olunmuş formadadır. Ona görə adına yeni koronavirus deyilir. Yəni heç nə bilinmir bu bəla haqqında, amma bilinəcək mütləq, sadəcə vaxt lazımdır”.

 

“İndi iki dərman haqqında klinikalardan daha çox məlumat paylaşılır - Xloroxin+ Azitromisin kombinasiyası. Bu dərmanları virusa yoluxmuş xəstələrdə istifadə olunur. Çində istifadə olunub, fransızlar istifadə edirlər. Hətta Tramp da bu dərmanlar haqqında danışır”, - deyə V.Qarayev vurğuladı.

 

Müəllif: Rumiyyə Miraslan