Koronavirus a qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

08.08.2022 - 17:44

Ölkədə bir gündə 3 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 2 nəfərdir. Son sutkada birinci mərhələ və pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunan yoxdur.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 829 030, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 863, üç və daha çox doza vaksin vurduranların sayı 3 345 733, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 255 918 təşkil edir.

Müəllif: Ayna.az