Komitədən 17 yaşlı qızın qaçırılması hadisəsi ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Cəmiyyət

28.08.2020 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Məsələ nəzarətə götürülüb, zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələni nəzarətə götürüb. Komitədən AYNA-ya bildirilib ki, 28.08.2020-ci il tarixdə kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb.

 

“Məsələ operativ olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Məsələnin araşdırılması üçün Bərdə Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib.

 

Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş